Sabah 38 dərəcə isti olacaq
Azərbaycanda iyunun 18-i 38 dərəcə isti gözlənilir.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25°, bəzi yerlərdə 27-30° isti olacaq.
Digər Xəbərlər
18 Iyun 2026 10:56
İndiyədək Qarabağa neçə nəfər qayıdıb?
18 Iyun 2026 10:24
Evlənən və boşananların sayı açıqlandı
17 Iyun 2026 17:20
“Azərsun Holdinq” “Milli Xalq Oyunları” Festivalına dəstək verib - Fotolar
17 Iyun 2026 17:07
Samir Nuriyev “Dəmirli” Filiz Emalı Kompleksində - FOTOLAR
17 Iyun 2026 15:04
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb - FOTOLAR
17 Iyun 2026 11:32
16 yaşlı rəssam 29 il əvvəl Ulu Öndərdən nə istəmişdi? - VİDEO
16 Iyun 2026 10:31
Cəlilabadda heyvanlar kütləvi şəkildə tələf olub - SƏBƏB - VİDEO
16 Iyun 2026 09:55


Bakı -°C

