Bu ölkə Çernobıl AES-in bərpası üçün 50 milyon avro ayıracaq
Almaniya Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasının bərpası üçün 50 milyon avro (təxminən 56 milyon dollar) ayıracaq.
Adalet.az xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Lars Klinqbeyl məlumat verib.
Onun sözlərinə görə, vəsaitin ayrılması məsələsi hazırda parlamentdə nəzərdən keçirilir. Qərarın noyabrın ortalarına qədər təsdiqlənməsi gözlənilir.
Qeyd edək ki, Çernobıl Atom Elektrik Stansiyasının tam bərpasının ümumi dəyəri 500 milyon avro olaraq qiymətləndirilir.


Bakı -°C

