Bu ölkədə əhalinin 10 milyondan çox olmaması üçün referendum keçiriləcək
İsveçrə ölkə əhalisinin sayını 10 milyonla məhdudlaşdırmaq üçün radikal təkliflə bağlı referendum keçirəcək.
Adalet.az xəbər verir ki, hökumətin açıqladığı kimi, nüfuzlu sağçı İsveçrə Xalq Partiyası (SVP) tərəfindən dəstəklənən təşəbbüs üzrə səsvermə iyun ayının ortalarında keçiriləcək.
"Financial Times" qəzetinin məlumatına görə, bu qərar Avropa İttifaqı ilə əsas razılaşmaları təhlükə altına ala və İsveçrəyə ixtisaslı xarici işçi axınını məhdudlaşdıra bilər.
Təşəbbüs İsveçrənin daimi əhalisinin 2050-ci ilə qədər 10 milyondan çox olmamasını və bu vaxta qədər 9,5 milyonu keçərsə, avtomatik olaraq məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsini təklif edir. Bu tədbirlərə sığınacaq kvotalarının azaldılması və ailələrin yenidən birləşməsi daxildir.
İsveçrə əhalisi hazırda 9,1 milyon nəfərdir və 2000-ci ildən bəri 25% artıb ki, bu da qismən immiqrant axını ilə bağlıdır. İsveçrədə xarici vətəndaşların nisbəti Avropada ən yüksək göstəricilərdən biridir - 27%.
Ölkə əhalisinin məhdudlaşdırılması təşəbbüsünə dəstək olduqca yüksəkdir. Belə ki, əhalinin artması infrastrukturu həddindən artıq yükləyir, ətraf mühitə zərər verir və kirayə qiymətlərini artırır.
Digər Xəbərlər
12 Fevral 2026 11:02
Hakan Fidan: ABŞ-nin hərbi müdaxiləsi çətin ki, İranda...
12 Fevral 2026 10:23
Papuaşvili Avropanı ittiham etdi: "Gürcüstana tank yeritməyə hazırdırlar"
12 Fevral 2026 10:20
NATO müdafiə nazirləri Brüsseldə toplaşır
12 Fevral 2026 09:46
Şaraanı öldürmək istəyiblər
12 Fevral 2026 09:38
"Qırmızı şeytan"ı yeyən "fud-bloqer" öldü
12 Fevral 2026 09:31
Türkiyə–Yunanıstan münasibətlərində açıq dialoq davam etməlidir - Ərdoğan
12 Fevral 2026 09:20
Nobel Komitəsi Nərgizin azad olunmasını tələb etdi
11 Fevral 2026 17:54


Bakı -°C

