Bu ölkədə gündə bir dəfə gülmək məcburidir
Yaponiyanın Yamaqata şəhərinin şura üzvləri gülüşün infarkt riskini azaltdığına dair elmi araşdırmaya istinad edərək, şəhərdə gündə bir dəfə gülməyi məcburi edib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu qanunverici orqanda çoxluğa sahib olan mühafizəkar Liberal Demokrat Partiyası təklif edib.
Qanun Yamaqata vətəndaşlarının gülüşün sağlamlığa faydalı təsirləri haqqında anlayışlarını dərinləşdirmələrini, gündə bir dəfə gülmək kimi vasitələrlə zehni və fiziki sağlamlığı formalaşdırmağa çalışmalarını tələb edir.
Bundan əlavə, müəssisələrə "gülüşlə dolu bir iş mühiti yaratmaq" əmri verilərək, hər ayın səkkizinci günü "gülüş günü" olaraq təyin edilib.
Digər Xəbərlər
14 Sentyabr 2026 17:20
“Amerikalılar ingilis dilini heç kimə sırımırlar”
12 Sentyabr 2026 10:35
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
12 Sentyabr 2026 09:37
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
12 Sentyabr 2026 09:28


Bakı -°C

