Bu ölkədə qızılcadan onlarla uşaq dünyasını dəyişdi
Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində baş verən qızılca epidemiyası onlarla uşağın ölümünə səbəb olub.
Adalet.az xəbər verir ki, Adamava əyalətinin səhiyyə komissarı Feliks Tanqvami açıqlamasında Mubi bölgəsində 200-dən çox uşaqda qızılca aşkarlandığını bildirib.
Həmçinin, Tanqvami açıqlamasında epidemiyadan 19 uşağın öldüyünü qeyd edib.
Bölgəyə tibb personalı və dərmanların sürətlə göndərildiyini bildirən Tanqvami, ağır infeksiyaları olan uşaqların xəstəxanalara göndəriləcəyinə təminat verib.
Digər Xəbərlər
15 May 2024 21:00
Ərdoğan Ukrayna Ali Radasının sədri ilə görüşdü
15 May 2024 20:45Məhkəmə İmran Xanla bağlı qərar verdi: Həbsxanadan çıxmayacaq
15 May 2024 20:01Slovakiya parlamenti Baş nazirə sui-qəsdlə əlaqədar növbədənkənar iclas çağırıb
15 May 2024 19:49Slovakiya Baş nazirinə sui-qəsd anının görüntüsü - VİDEO
15 May 2024 17:44