Slovakiya Baş nazirinə sui-qəsd anının görüntüsü - VİDEO
Slovakiya Baş nazirinə sui-qəsd anının görüntüsü yayılıb.
Adalet.az bildirir ki, Slovakiyanın Baş naziri Robert Fitso hökumət binasından çıxandan sonra əraziyə toplaşmış insanlara yaxınlaşıb.
Görüntüdən aydın olur ki, insanların arasından ona atəş açılır.
Atəş açan şəxs polis tərəfindən tutulub.
Slovakiya mediası onun məşhur slovakiyalı yazıçı Yuray Çintula olduğunu yazıb.
71 yaşlı yazıçının müxalif "Proqressiv Slovakiya" partiyasının tərəfdarlarından olduğu qeyd edilib.
Baş nazir Fitso ayaqlarından, qarın boşluğundan və sinəsindən yaralanıb. O, helikopterlə xəstəxanaya çatdırılıb.
Vəziyyətinin ağır olduğu bildirilir.
Digər Xəbərlər
12 Sentyabr 2026 18:00
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
12 Sentyabr 2026 16:55
Yəmənin ordusu Moxa rayonunda husilərə zərbələr endirib
12 Sentyabr 2026 15:46
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
12 Sentyabr 2026 15:33


Bakı -°C

