Bu qəzetlər 5 min manat cərimələnəcək

Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnəcək.
Adalet.az Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İnsan Hüquqları komitəsinin dünən keçiriiən iclasında müzakirə edilmiş İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni -381.15-ci maddəsində əksini tapıb.
Layihəyə əsasən, Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun, həmin subyekt, nəştriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımınma görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğədək cərimə ediləcək.
Bu Məcəllənin yuxarıdakı maddəsində yayıcı dedikdə nəşriyyatla və ya (naşirlə) müqavilə bağlamaqla yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını hıəyata keçirilən fiziki vəı hüquqi şəxs başa düşülür.
Digər Xəbərlər

Həsən bəy Zərdabinin doğum günüdür

MEDİA-nın nümayəndə heyəti Sinxua xəbər agentliyində - FOTOLAR

Çinlə radio və TV yayımı sahəsində əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR

MEDİA “Euronews”la birlikdə jurnalistlər üçün təlim keçirilir

Əhməd İsmayılov 30-cu Şanxay Televiziya Festivalının açılış mərasimində - FOTOLAR

Natiq Məmmədli: "Euronews" təlimi Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi yaradacaq

MEDİA qəzetlərə və saytlara dəstək müsabiqəsinin nəticələrini açıqladı
