Natiq Məmmədli: "Euronews" təlimi Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi yaradacaq
"Euronews" təlimi son illər Azərbaycan mətbuat tarixində ilk hadisədir.
Adalet.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli "Euronews" təlimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sözügedən təlim Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi yaradacaq:
“Bu təlimin jurnalistikamızın inkişafı üçün çox böyük praktiki imkanları olacaq. Müasir jurnalistika trendləri, rəqəmsal mühitdə jurnalistikanın prinsipləri, sosial şəbəkələrin idarə edilməsi ilə bağlı jurnalistlərə məlumatlar aşılanacaq”.
N.Məmmədli həmçinin bildirib ki, beş gün davam edəcək təlim davamlı təşkil olunacaq:
"Bundan sonra da əməkdaşlığın yeni imkanları müzakirə olunacaq".
Digər Xəbərlər
20 Iyun 2026 15:07
“Şişirdilmiş başlıqlarla süni ajiotaj yaratmaq qəbuledilməzdir”
19 Iyun 2026 13:25
Jurnalist vəsiqəsi pulsuz veriləcək
19 Iyun 2026 12:38
Azərbaycanda Media və Yayım Şurası yaradılır
17 Iyun 2026 13:48
MEDİA və İsƏT Xəbər Agentlikləri Birliyi əməkdaşlıq perspektivlərini müzakirə etdi - FOTOLAR
16 Iyun 2026 12:01
"Media yeni çağırışlara daha çevik reaksiya verəcək" - Natiq Məmmədli
16 Iyun 2026 11:36
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
16 Iyun 2026 10:08
Medianın İnkişafı Agentliyi və Audiovizual Şura birləşdirilir
12 Iyun 2026 14:31


Bakı -°C

