Bu rayonlara qar yağıb
Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edib, Şahdağa və Gədəbəyə qar yağıb.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 14-ü saat 9:00-a olan faktiki hava haqqında məlumatında qeyd olunub.
Bildirilib ki, əksər yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağa və Gədəbəyin yüksək dağlıq ərazilərinə isə qar yağıb.
Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 26, Balakəndə 25, Zaqatalada 21, Şəkidə (Kişçay) 12, Qusarda 11, Qubada 9, Yevlaxda 8, Gəncə və Daşkəsəndə 6, Xaçmaz və Qəbələdə 5, Gədəbəy, Oğuz və Mingəçevirdə 4, Şabran, Şəmkir, Tərtər, Tovuz, Göygöl, Bərdə, Zərdab, Qobustan, Şamaxı, Biləsuvar, Sabirabad, Kürdəmir, Göyçay, Beyləqan, Naftalan, İsmayıllı, Xızı və Sədərəkdə 3 millimetrədək qeydə alınıb.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti saniyədə Mingəçevirdə 24, Goranboyda 23, Naftalan və Culfada 22, Bakıda və Abşeron yarımadasında 21, Göyçayda 18, Sabirabadda 17 metrədək güclənib.
Sumqayıt, Göygöl, Göyçay, Zaqatala, Qəbələ, Şəki, Xızı, Qusar, Qrız, Şahdağ, Xaltan, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Digər Xəbərlər
06 Dekabr 2025 21:00
“VEST PARK” MMC Bakıda tarixi binanı zədələdi
06 Dekabr 2025 16:35
Hava yenidən PİSLƏŞƏCƏK: Leysan olacaq, qar yağacaq
06 Dekabr 2025 12:11
Naxçıvan dəmir yolunun Ermənistanla sərhədindəki tikintidən YENİ GÖRÜNTÜLƏR
06 Dekabr 2025 10:48


Bakı -°C

