Coğrafiya İnstitutu: Otman-Bozdağ vulkanında palçıq püskürməsi zəif olub
Otman-Bozdağ palçıq vulkanında oktyabrın 11-də, təxminən saat 08:30-09:10 aralığında baş verən püskürmə zamanı palçıq kütləsi yalnız krater sahəsinin hüdudları daxilində yayılıb.
Adalet.az xəbər verir ki, bu barədə Coğrafiya İnstitutu məlumat yayıb.
Belə ki, İnstitutun əməkdaşları - Zeynalova Səida, Kərimova Elina və Yunusov Müseyib palçıq vulkanının püskürmə sahəsində müşahidələr aparıblar.
Aparılmış ilkin müşahidələrə əsasən sözügedən püskürmə zamanı güclü qaz çıxışı müşahidə olunub və bu, xeyli hündürlüyə qalxan alov sütununun yaranmasına səbəb olub. Lakin atılmış brekçiya materialı vulkan yamacları ilə axan brekçiya axınlarının əmələ gəlməsi üçün kifayət etməyib, palçıq kütləsi yalnız krater sahəsinin hüdudları daxilində yayılıb.
Bildirilib ki, çətin şərait səbəbindən vulkanın kraterinə qalxmaq və müvafiq tədqiqat işlərini aparmaq mümkün olmayıb.
Qeyd edilib ki, vulkanın son püskürməsi 2018-ci ildə qeydə alınıb. O vaxt püskürmə zamanı böyük miqdarda brekçiya materialı atılıb və bu material vulkanın cənub-şərq yamacı boyunca bir neçə kilometr məsafəyə, hətta avtomobil yoluna qədər yayılıb.
Tədqiqatçıların yerli sakinlər arasında apardıqları kiçik sorğuya görə 2018-ci ildə baş vermiş püskürmə zamanı güclü gurultu səsi eşidilib. Lakin bu püskürmə zamanı belə bir səs müşahidə olunmayıb.
Digər Xəbərlər
09 Noyabr 2025 17:20
Kəndlər boşalır, cənablar!
09 Noyabr 2025 16:54
Asma körpü də problemi həll etməyəcək...
09 Noyabr 2025 16:37
Bəzi yollarda görmə məhdudlaşacaq
09 Noyabr 2025 15:04
Dövlət Bayrağı Günü münasibəti ilə fləşmob təşkil olunub - VİDEO
08 Noyabr 2025 08:59
Şuşanın azadlığının 5-Cİ İLİ...
07 Noyabr 2025 17:52
Milli Qəhrəman adı verilən Vaqif Qurbanov haqqında maraqlı faktlar
07 Noyabr 2025 16:51
Toyunda özünə şəhidlik arzulayan qəhrəman - Əfsanəvi kəşfiyyatçı Pəncəli Teymurov
07 Noyabr 2025 16:39


Bakı -°C

