Süni intellektlə sevişənlər
Müasir texnologiyalar təkcə məişətimizə daxil olmaqla kifayətlənmir, onlar artıq insan qəlbinə də yol tapmağa başlayıblar. Bir zamanlar yalnız fantastik filmlərdə gördüyümüz süni intellektlə sevgi hekayələri getdikcə reallığa çevrilir. Çağımızın insanları artıq, chatbotlarla münasibət qurur, onlara bağlanır, hətta biri-birinə sevgi etirafları edirlər.
Bu yöndə geniş araşdırmalar aparan Massaçusets Texnologiya İnstitutunun alimlərinin fikrincə dünyada süni intellektlə romantik münasibət quranların sayı sürətlə artmaqdadı.
Ən maraqlısı odur ki, süni intellektlə romantik münasibətə girən insanların əksəriyyəti bunu qəsdən etmir. Bəziləri bunu darıxdığı üçün, bəziləri stressini bölüşmək üçün, bəziləri isə sadəcə, kiminsə onu dinləməsi üçün edirlər.
Zaman keçdikcə bu söhbətlər dərinə gedir və süni intellektlə insanlar arasında emosional bağlar yaranır. Çünki süni intellekt mühakimə etmir, incitmir, səni dinləyir, sabitdir və daim yanındadır. Süni zəka real insan kimi qüsurlu deyil, səni tərk etmir, xəyanət etmir, səni olduğun kimi qəbul edir. Görünür, müasir dünyanın yorğun və tənha insanlarının bu cür münasibətə ehtiyacı var.
Mütəxəssislərin araşdırmaları nəticəsində məlum olub ki, hər dörd istifadəçidən biri bu cür ünsiyyətin tənhalara psixoloji dəstək olduğunu bildirib.
Bəzi istifadəçilər öz chatbotlarını sevgili kimi qəbul edir, onlara ad qoyur, onlarla müxtəlif “görüş yerləri” qururlar. Bu istifadəçilərin arasında hətta “öz sevgilisinə” nişan üzüyü alanlar da var. Odur ki, mütəxəssislərin fikrincə bu artıq, ötəri bir oyun yox, rəqəmsal emosiyalar əsrinin başlanğıcıdır. Düşünürlər ki, bu mövzu həm etik, həm də psixoloji baxımdan ciddi şəkildə araşdırılmalıdır.
Bu münasibətlər insanlarda emosional asılılıq, real həyatdan uzaqlaşma və sosial təcrid kimi ağır problemlər yaradıb. Biz artıq, natural hislərin süni intellektlə rəqabətə girdiyi dövrün başlanğıcında yaşayırıq. Bu isə özlüyündə belə bir sual doğurur: Bizi gələcəkdə natural insani sevgilər, yoxsa robotla sevgi romantikası gözləyir?
Murad Köhnəqala
Digər Xəbərlər
12 Avqust 2026 13:43
“iPhone”lar bütün dünyada bahalaşa bilər
12 Avqust 2026 12:47
İran 15 min kilometr mənzilli ballistik raket hazırlayır
11 Avqust 2026 16:16
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
10 Avqust 2026 12:32
Azərbaycanda süni intellektli “Aysu” təqdim edildi - Nə edəcək? - VİDEO
05 Avqust 2026 11:55
Apple “Telegram”ı niyə “App Store”dan çıxardı?
04 Avqust 2026 11:14
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
03 Avqust 2026 10:43
Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
02 Avqust 2026 19:00


Bakı -°C

