Bu rayonlarda polis postları quruldu
Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir.
Adalet.az AZƏRTAC-a istinadən xəbər verir ki, əməliyyatlar Azərbaycan və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.
Bir həftə ərzində aparılacaq əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.
Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.
Kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər fevralın 3-dən 10-dək davam edəcək.
Digər Xəbərlər
10 Noyabr 2025 16:15
“Dində qonşulara münasibət həmişə ön planda olub...” - İlahiyyatçı
10 Noyabr 2025 12:17
DYP hərəkət iştirakçılarına çağırış etdi
10 Noyabr 2025 11:46
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - VİDEO
09 Noyabr 2025 17:15
Əziz Sancar Azərbaycan xalqını TƏBRİK ETDİ - VİDEO
09 Noyabr 2025 13:05
4 ayında atası şəhid oldu, 33 yaşında Milli Qəhrəman... - VİDEO
09 Noyabr 2025 12:55
DTX Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi - VİDEO
09 Noyabr 2025 09:35
Düşməni lərzəyə salan yeni silahımız - “Predator Hawk” ilk dəfə təqdim olundu
09 Noyabr 2025 09:16


Bakı -°C

