Bu şəxslərdə görmə itkisi riski daha çoxdur
İdiopatik kəllədaxili hipertenziya (yəni səbəbsiz yüksək beyin təzyiqi) olan bəzi insanlarda görmə itkisi riski digərlərindən daha yüksəkdir. Bu vəziyyət, xüsusilə gənc və artıq çəkili qadınlarda daha çox rast gəlinir.
Adalet.az-ın xəbər verir ki, “MedicalXpress” portalı bu barədə Cənubi Danimarka Universitetinin alimlərinin apardığı araşdırmaya əsasən bildirir. “Neurology” jurnalında dərc olunan araşdırmaya 154 nəfər cəlb edilib. İştirakçıların əksəriyyətində optik diskin şişməsi – papillödem müşahidə olunub. Nəticələrə görə, iştirakçıların 69 faizində görmədə kor ləkələr (skotomalar), 26 faizində isə görmə kəskinliyində azalma olub. Müalicədən sonra belə, pasientlərin yarısında görmə problemləri davam edib, 13%-də isə görmə kəskinliyi tam bərpa olunmayıb.
Araşdırma göstərib ki, görmə itkisinə iki əsas mexanizm səbəb olur: Optik sinir liflərinin zədələnməsi – bu, daha çox periferik (yan) görmə itkisinə gətirib çıxarır. Tor qişanın mərkəzi hissəsində zədələnmə – bu zaman görmə kəskinliyi azalır və tam bərpa olunmur.
Tədqiqatçılar həkimlərə kimin daha çox risk altında olduğunu müəyyənləşdirmək üçün yeni qiymətləndirmə sistemi hazırlayıblar. Bu sistemdə papillödemin şiddəti və tor qişa təbəqələrinin struktur dəyişiklikləri əsas göstəricilər sayılır.
Mütəxəssislər vurğulayırlar ki, yüksək beyin təzyiqi vaxtında aşkar edilərək müalicə olunmazsa, davamlı görmə itkisi ilə nəticələnə bilər.
Digər Xəbərlər
06 Dekabr 2025 14:59
Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar - VİDEO
06 Dekabr 2025 11:04
Peskovun qızının şəkilləri müzakirələrə səbəb oldu - FOTO
04 Dekabr 2025 14:56
Elm itlərə olan sevgimizi necə izah edir?
03 Dekabr 2025 14:59
Ölən qız morqda dirildi - FOTO
03 Dekabr 2025 11:47
Aral dənizinin faciəsi və Qazaxıstanın xilaskar çabaları
02 Dekabr 2025 15:09
Əcnəbi gəlin toydan sonra qızılları oğurlayıb qaçdı - FOTOLAR
01 Dekabr 2025 13:41
"İnsan yuma maşınları" bu qiymətə satışa çıxarıldı
01 Dekabr 2025 09:13


Bakı -°C

