23 Iyul 2025 13:18
169
GÜNDƏM

Bu şəxslərin maaşlarına əlavənin müddəti uzadıldı

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Adalet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, əlavənin verilmə müddəti oktyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət iyulun 1-dək nəzərdə tutulmuşdu.