Bu şəxslərin pensiyaya çıxma yaşı 65-ə qədər artırılır

Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə qədər artırılır.
Adalet.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununa dəyişiklikdə əksini tapıb.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Bildirilib ki, qanun layihəsi prokurorluq orqanlarında qulluq keçmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliyin əsas məqsədi uzunmüddətli təcrübəyə malik prokurorluq işçilərinin prokurorluq orqanlarında fəaliyyətini davam etdirməsinə şərait yaradaraq prokurorluq orqanlarının səmərəliyinin artırılmasıdır.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, həmin şəxslərin pensiya yaşı 60-a qədər idi.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Digər Xəbərlər

Polis motokuryerlərə nəzarəti gücləndirdi - VİDEO

DTX-dən əməliyyat - Ofis və mənzillərdəki kameralara müdaxilənin qarşısı alındı

Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - AÇIQLAMA

Səhiyyə naziri institutun yeni rektorunu kollektivətəqdim edib

Naxçıvanda icra başçılarını Prezident təyin edəcək

Xarici maliyyə mənbələri ilə bağlı bank əməliyyatları sərtləşdirilir

Cərimələrin 5 faizi polislərlə bağlı xüsusi fonda əlavə ediləcək
