Bu tarixdə Üçüncü Dünya Müharibəsi BAŞLAYACAQ - Astroloqdan DƏHŞƏTLİ PROQNOZ

Hindistanlı astroloq Kuşal Kumar Üçüncü Dünya Müharibəsinin başlamasının dəqiq tarixini açıqlayıb. O hesab edir ki, iqtisadi böhranlar, təbii fəlakətlər və hərbi münaqişələr ona müharibənin başlanacağı tarixi söyləməyə imkan verir.
Adalet.az xəbər verir ki, Kuşal Kumar əsasən qlobal hadisələrlə bağlı proqnozlar verir.
Təsadüfi deyil ki, o, planetlərin hərəkətlərini diqqətlə öyrənməsi və təfsirlərinin dəqiqliyi sayəsində dövrümüzün ən hörmətli astroloqlarından biri kimi şöhrət qazanıb.
Kumarın sözlərinə görə, 2025-ci ilin sonuna qədər olan dövr son dərəcə gərgin və təhlükəli olacaq. Onun proqnozuna görə, III Dünya Müharibəsi 2025-ci il avqustun 4 və ya 5-də başlaya bilər.
Astroloq hesab edir ki, bu zaman dünyada genişmiqyaslı silahlı qarşıdurma ehtimalı yüksəkdir. O, proqnozlarını astroloji faktorların, xüsusən də planetlərin keçidinin təsiri ilə əlaqələndirir. Onun fikrincə, bu səma hərəkətləri dünya siyasi arenasında ciddi dəyişikliklər yaratmağa qadirdir.
Astroloq vurğulayıb ki, münaqişə geosiyasi və iqtisadi fikir ayrılıqları fonunda maraqları kəsişəcək aparıcı dünya güclərini özünə cəlb edə bilər. Kumar Rusiya və Çinin Alyaska sahillərində keçirdiyi hərbi təlimləri, həmçinin Rumıniyadakı çətinlikləri, Kubadakı təlimləri və təbii ki, İsrail ətrafında gərginliyin artdığını qeyd edir. Məhz Asiya regionunda artan gərginlik qlobal fəlakətin tətikçisi ola bilər./Bizim.Media
Digər Xəbərlər

2025-in ilk Günəş tutulması başa çatıb - YENİLƏNİB

Sabah ilin ilk Günəş tutulması olacaq

“Saturn” planetinin halqaları yoxa çıxıb

Marina çökəkliyindən gələn müəmmalı səslərin mənşəyi tapıldı

Alimlər Antarktidada aysberqin altında inkişaf edən ekosistem tapıblar

Park Bulvar və VISA-nın təşkilatçılığı ilə keçirilən lotereyanın finalına sayılı günlər qaldı

"Blenheim" sarayının 98 kq-lıq qızıl unitazının oğruları tapıldı
