adalet.az header logo
  • Bakı -°C
05 Aprel 2024 15:41
676
GÜNDƏM
A- A+

Bu tibb işçilərinin maaşına müddətli əlavənin vaxtı uzadıldı

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

Adalet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2024-cü il iyulun 1-dək uzadılıb.