Bu üç bölgə inzibati cəhətdən birləşdirilir
"Əgər biz ölkəmizin coğrafi yerləşməsini götürsək görərik ki, hər bir bölgə üçün xüsusi bir inkişaf planı var. Hər bir iqtisadi bölgəmiz uğurla inkişaf edir və bu, ölkəmizin ümumi inkişafını təmin edir".
Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
"Ona görə planlar böyükdür və bu planların icrası ilə bağlı məndə heç bir şübhə yoxdur. Çünki güclü iradə var, maliyyə resurslarımız da var, heç kimdən də asılı deyilik. Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir.
Biz Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük. Əminəm ki, artıq orada yaşayan 90 mindən çox insan da bunu görür. Eyni idarəetmə - Prezidentin xüsusi nümayəndəliyi Naxçıvanda da tətbiq olundu. Beləliklə, kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar", - deyə dövlət başçısı qeyd edib.
Digər Xəbərlər
14 Noyabr 2026 21:10
“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” - VİDEO
14 Noyabr 2026 19:07
Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək
14 Noyabr 2026 19:01
”Bakı və London münasibətləri yeni geosiyasi reallıqlara uyğunlaşdırılıb”
14 Noyabr 2026 11:26
“Prezidentin səfərləri milli maraqlar naminə diplomatiyanın səfərbərliyidir”
14 Noyabr 2026 10:44
“Moskvanın bu cür tələbləri irəli sürməsi onun Ukraynaya qarşı...”
13 Noyabr 2026 18:29
Prezidentlə xanımının İrlandiya səfəri BAŞA ÇATDI - VİDEO
13 Noyabr 2026 17:13
Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlandı
13 Noyabr 2026 12:57


Bakı -°C

