adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Dekabr 2021 14:29
944
MƏMLƏKƏT

BU YALÇIN QAYALARA SÖYKƏNMİŞDİ…

Deyirdi kaş,

bax, beləcə daşa dönüm,

yavaş-yavaş.

Və döndü də. Ordumuzun hərbi qulluqçusu Şahin Şəmsəddin oğlu Hüseynov məzuniyyətdə olarkən söykəndiyi qayadan yıxıldı və həlak oldu.

Şəkildə gördüyünüz bu sıldırım qayalar Kəlbəcərdədi. Və o, bu qayaları düşməndən azad elədiyinə görə cənab Prezident İlham Əliyev tərəfindən «Kəlbəcərin azad olunmasına görə» medalı ilə təltif edilmişdi.

Ey daşlaşan,

torpaqlaşan,

igid Vətən oğlu,

qəbrin nurla dolsun!