Bu yerlər boş qalır - DİM sədri açıqladı

Magistratura təhsilinə marağın azaldığı müşahidə olunmur. Sadəcə bəzi ixtisaslarda müsabiqə vəziyyəti yüksəkdir, bəzi ixtisaslarda isə nisbətən aşağıdır.
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bakalavriat səviyyəsində olduğu kimi magistraturada da adambaşı maliyyələşdirmə həyata keçirilir: “Dövlət hər bir proqram üzrə neçə nəfərin dövlət hesabına oxuya biləcəyini müəyyənləşdirir. Müsabiqədən sonra bəzi ixtisaslarda, məsələn, kənd təsərrüfatı sahəsində boş yerlər qalır, bəzi ixtisaslarda isə bütün yerlər dolur. Ödənişli təhsil alanların sayı da kifayət qədərdir. Bu maliyyə vəsaiti təhsilin inkişafı üçün ayrılır və məqsəd qənaət etmək deyil, insanların təhsil almasını təmin etməkdir”.
Qeyd edək ki, bu il 804 nəfər ödənişli təhsildən ödənişsiz təhsilə keçib.
Digər Xəbərlər

Dövlət qulluğuna qəbul imtahanlarına hazırlaşan namizədlərin NƏZƏRİNƏ

Özəl bağçalar üçün qrant müsabiqəsi elan olundu

LDU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib

Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin sayı açıqlandı

Azərbaycan Universitetində Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü təşkil olunub

Emin Əmrullayevin vətəndaş qəbulunun vaxtı dəyişdirildi

“Gənclərimiz təhsil aldıqdan sonra ölkəyə qayıtmaq istəmirlər” - Ekspert
