adalet.az header logo
  • Bakı -°C
22 Aprel 2026 12:49
86
İQTİSADİYYAT
A- A+

Büdcə xərclərinin icra vəziyyəti açıqlandı

Bu ilin I rübündə Azərbaycanda dövlət büdcəsinin funksional təsnifat üzrə xərclərinin 1 milyard 315,8 milyon manatı sosial müdafiə və sosial təminat xərcləri olub.

Adalet.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yanvar-mart aylarında kənd təsərrüfatı xərcləri 308,7 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 1206,8 milyon manat, təhsil xərcləri 1013,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclər 654,8 milyon manat, səhiyyə xərcləri 366,6 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 105,0 milyon manat, iqtisadi fəaliyyət xərcləri 1231,4 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 1288,5 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 47,5 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 55,1 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərclər 223,2 milyon manat icra edilib.

Büdcənin iqtisadi təsnifat üzrə xərclərinə gəlincə isə, əməyin ödənişi xərcləri 2 milyard 458,2 milyon manat, qeyri-maliyyə aktivləri 1 milyard 492,1 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması xərcləri 1 milyard 143,7 milyon manat, qrantlar və digər ödənişlər 1 milyard 15,3 milyon manat, sosial ödənişlər 804,1 milyon manat, subsidiyalar 320,2 milyon manat, öhdəliklər üzrə əməliyyatlar 269,5 milyon manat, faizlər üzrə ödənişlər 269,1 milyon manat, maliyyə aktivləri üzrə əməliyyatlar 38,0 milyon manat, dövlət icbari şəxsi sığorta xərcləri 6,9 milyon manat icra edilib.

Rüb ərzində sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərində illik nəzərdə tutulmuş vəsaitin 13,5 %-i qədər və yaxud 365,4 milyon manat vəsait sərf olunub.