Bullinqlə mübarizə istiqamətində təlim proqramının icrasına başlanıb - FOTOLAR
Azərbaycan Gənclər Fondunun dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Stop or Stop it” layihəsi çərçivəsində təlim proqramının icrasına başlanılıb.
“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, təlim proqramına uyğun olaraq 25 nəfər gəncə bullinq və onun əsasları, kiberbullinq, uşaqlarla sosial iş, emosional zəka, şəxsiyyətin formalaşması və digər mövzularda maarifləndirici sessiyalar keçirilib. Layihə boyunca iştirakçı gənclər bir sıra enercayzer və komanda işlərində öz bacarıqlarını sınayıblar. Təlim proqramına habelə natiqlik, təqdimat və effektiv ünsiyyət bacarıqları, komanda quruculuğu və başqaları aiddir.
Qeyd edək ki, təlim proqramını uğurla başa vurduqdan sonra multiplayer kimi formalaşmış gənclər müxtəlif auditoriyalar üçün təlimlər keçəcəklər. Bumərhələdə 500-ə yaxın gəncin iştirakı planlaşdırılır. Ümumilikdə isə layihənin əsas məqsədi gənclər arasında bullinqin fəsadları haqqında maarifləndirmə aparmaq,özünəinam, şəxsiyyət hissinin formalaşmasına yardımçı olmaqdır.
Digər Xəbərlər
13 Mart 2026 09:00
DÜNYAYA TÖHFƏ VERMƏK HƏR ÖLKƏNİN İŞİ DEYİL
06 Mart 2026 09:00
İMİŞLİDƏ MÖHTƏŞƏM ABADLIQ İŞLƏRİ
27 Fevral 2026 09:00
AZƏRBAYCAN GƏNCLƏRİ DÜNYANIN ƏN İSTEDADLISIDIR
20 Fevral 2026 09:00
ERMƏNİLƏR QARABAĞ SAVAŞINDA AZƏRBAYCANA YÜZ MİLYARDDAN ÇOX ZİYAN VURUBLAR
06 Fevral 2026 09:00
ONLAR HEÇ VAXT ÖLÜMDƏN QORXMADILAR
30 Dekabr 2025 16:17
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib
30 Dekabr 2025 15:52
“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
29 Dekabr 2025 08:30


Bakı -°C

