"Buna nail olmaq üçün..." - Ərdoğan Zelenski ilə danışdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası açıqlayıb.
Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, İsrail və Fələstin arasındakı münaqişələr və bölgədəki humanitar böhran da müzakirə edilib.
Ərdoğan bölgədəki münaqişəli proseslərin, xüsusən də İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin mümkün olduğunu və Türkiyənin buna nail olmaq üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.


Bakı -°C

