“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı
“Əməkhaqqı məsələsi ən ciddi problemdir. Məsələn, mənim aylıq əməkhaqqım 1370 manatdır, digərlərinin əməkhaqqı 600-900 manatdır”.
Adalet.az xəbər verir ki, bunu keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov “AzPolitika”ya müsahibəsində deyib.
O qeyd edib ki, hazırda İnstitutda 180 nəfər çalışır, onlardan 117 nəfəri elmi işçi, qalanları isə köməkçi heyətə daxildirlər: “Professorların maaşı 1000 manata yaxındır. Aydındır ki, bu maaşla heç bir alim ailə dolandıra bilməz, ona görə də onlara qanunvericiliyin tələbinə uyğun olaraq digər müəssisələrdə yarım ştat işləməyə imkan verilir.
Onu da qeyd edim ki, son bir ildə Elm və Təhsil Nazirliyi çox vacib və müsbət bir qərar qəbul edib. Nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrə görə alimlərə aylıq mükafatlar verilir. A, B, C kateqoriyalı sistem formalaşıb. A qrupuna düşən alimə ayda 1300 manat, B qrupuna görə 1000 manat, C qrupuna görə isə 650 manat əlavə ödəniş edilir. Təbii ki, bu məqalələr nüfuzlu bazalarda yer alan jurnallarda çap olunmalıdır. Bu sahədə institutumuz ilk sıralardadır. Məsələn, son aylarda 30-dan çox əməkdaş bu mükafata layiq görülüb”.
Misir Mərdanov təhsil naziri Emin Əmrullayevin “İndiki problemlər 20 il əvvəl yol verilən nöqsanlarla bağlıdır” fikrinə belə münasibət bildirib: “Bu məsələni nazirlə müzakirə etmişik. Dediyinə görə, jurnalistlər onun fikrini təhrif ediblər. 20 il əvvəl ölkəmizdə bütün sahələrdə, o cümlədən təhsil sahəsində də çox ciddi problemlər var idi. Azərbaycanda 50-dən çox özəl universitet var idi. O zaman ümummilli lider məni nazir təyin edəndə demişdi ki, bu sahədə nizam-intizam yaratmaq lazımdır. Mənə qədər həmin universitetlər artıq fəaliyyətə başlamışdılar, onlara lisenziya verilmişdi. Amma mənim nazirliyim dövründə onların sayı 12-yə endirildi. Bu, çox çətin idi. Çünki hər birinin arxasında nüfuzlu və imkanlı şəxslər dayanırdı. Onlara qarşı mübarizə aparmaq asan deyildi, amma biz bu sayı minimuma endirə bildik. Həmin universitetləri bitirənlərin diplomlarının qanunsuz olması ilə bağlı konkret qərar yox idi. Biz qərara gəldik ki, diplom yalnız TQDK-nın yolu ilə qəbul olunan tələbəyə verilsin. O vaxtlar bəzi universitetlər özləri imtahansız tələbə qəbul edirdilər. Eyni zamanda, o dövrdə Qərbi Azərbaycandan təxminən 300 min insan köç etmişdi. Onların içində müəllim də vardı, şagird də. Onların yerləşdirilməsi məsələsi asan deyildi. Həmçinin, Qarabağdan da 700 minə yaxın insan məcburi köçkün düşmüşdü.
Hesab edirəm ki, bu gün yaranmış imkanlardan səmərəli istifadə etməli, problemlərin həlli üzərində dayanmalıyıq. Yoxsa keçmişə dönüb kiminsə günahını axtarmaqla heç nəyə nail olmaq olmaz”.
Digər Xəbərlər
11 Aprel 2026 10:52
DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin 33,6 faizi təhlükəsizlik kəmərini bağlamayanlar olub
11 Aprel 2026 10:34
Hərbçilərimizin də iştirak etdiyi “Anatolian Phoenix - 2026” təlimi davam edir - VİDEO
11 Aprel 2026 10:29
Yasamalda avtomobil təmiri sexinin fəaliyyəti dayandırıldı - VİDEO
11 Aprel 2026 09:49
Prezident balaca Ayazın ailəsinə “Kamaz” hədiyyə etdi - VİDEO
10 Aprel 2026 19:15
Bakıda Xameneiyə anım mərasimi keçirildi - FOTOLAR
10 Aprel 2026 17:04
Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edildi - VİDEO
10 Aprel 2026 17:03
Yağıntı intensivləşəcək, çaylardan sel keçəcək
10 Aprel 2026 16:36


Bakı -°C

