adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Sentyabr 2021 12:00
2961
MƏDƏNİYYƏT

Bütün qazancını təhsilə və orduya vəsiiyət edən təkrarsız müğənni: Zəki Mürenin  anım günü...

Nəinki Türkiyənin, eləcə də bütün dünyanın ən sevilən simalarından olan Zəki Mürendən söz düşəndə  ziyalılarımızdan birinin onun haqqında dediklərini xatırlayıram:”Türkiyənin sənət günəşi Zəki Müren vəfat edəndən sonra bir vəsiyyətnaməsi çıxdı. Məlum oldu ki, varidatının (milyonlarla dollar) cüzi bir hissəsini qulluqçusuna, cüzi bir hissəsini də bir-iki qohum-əqrəbasına, təxminin 200-300 min dollar vəsiyyət edib və bütün qalan var-dövlətini də mehmetciklərə (bilməyənlər üçün: əsgərlərə) bağışlayıb. Zəki Mürenin nəşini Türkiyədə Hərbi Hava Qüvvələrinin təyyarəsi ilə Türk bayrağına sarıyaraq gətirdilər dəfn olunacaq yerə və hərbçilər onu bir paşa kimi də dəfn etdilər”.
 
Adalet.az
xəbər verir ki, bu gün tanınmış müğənninin anım günüdür.


Təkrarsız sənətçi 1931-ci il dekabrın 6-da Türkiyənin Bursa şəhərinin Hisar bölgəsində Kaya və Hayriye Mürenin ailəsində dünyaya gəlib. Atası Kaya Müren taxta-şalban taciri, anası isə evdar qadın olub. Çox çəlimsiz uşaq olduğundan ailəsi onu 11 yaşında sünnət etdirib. Amma çəlimsizliyinə rəğmən, çox istedadlıydı. İbtidai siniflərdən müəllimlərinin diqqətini çəkən Zəki orta məktəb tədbirlərinin baş qəhrəmanıydı. Həyatında ilk rolu - çobanı da məhz həmin tədbirlərdən birində oynamışdı.
 

Bursada başladığı orta təhsilini İstanbulda, Kiramı Refia Alemdaroğlu Liseyində bitirmişdir. İstanbulda Dövlət İncəsənət Akademiyasının Bəzəmə Bölümü Sabih Gözen atelyesindən məzun oldu. Desən işlərini tələbəlik illərindən başladı və bir çox sərgi keçirdi. Zəki Müren, Bursada Tamburi İzzet Gerçekerdən gördüyü solfecio və üsul dərsləriylə musiki məlumatı almağa başladı. 1949-ci ildə, Boğaziçi Liseyində oxuyarkən Agopos Əfəndi (kino rejissoru və ssenari yazan Arşavir Alyanak'ın atası) ilə Udi Kirkordan aldığı dərslərlə də musiqi təhsilini davam etdirdi. Daha sonra fəsil musiqisini yaxşı bilən və böyük bir repertuvarı olan Şərif İçlinin müxtəlif əsərlərini meşk etdi; Refik Fersanın, Sədi İşılayın, Qədri Şençaların əsərlərindən faydalandı. 1950-ci ildə imtahanla İstanbul Radiosuna girdi. İstanbul Radiosunda 1951-ci ildə, canlı olaraq nümayiş olunan bir proqramda ilk radio konsertini verdi və bu konserti çox bəyənildi. Bundan sonra Türkiyə radiolarında müntəzəm olaraq oxumağa başladı. Radio proqramları on beş il davam etdi, bunların çoxu canlı yayın programlarıydı. Müren bundan sonra özünü daha çox səhnə və val işlərinə verdi. Vərdiş edilmiş qəlibləri aşmış paltarları və səhnədəki rəftarları ilə xalqın marağını davamlı olaraq üstündə tutmağı bacardı. Zəki Müren 600-ü eşqin val və kaset doldurdu. Vala oxuduğu ilk mahnı Şükrü Tunarın "Bir Muhabbet Kuşu" mahnısıdır.

 

Müren 1955-ci ildə "Manolyam" adlı mahnısıyla Türkiyədə ilk dəfə verilən Qızıl Val Mükafatını qazandı. 1991-ci ildə Dövlət Sənətçisi ünvanına layiq görüldü. 1958-ci ildə ehtiyat zabit olaraq Çankırıda əsgərliyini etdi. 1961-ci və 1969-cu illər arasında bir eşq yaşadı amma heç evlənmədi. Yeri gəlmişkən, Zəki Mürenin özəl həyatına gəlincə, o, heç vaxt ailə qurmayıb. Səbəbi isə, şübhəsiz ki, cinsi orientasiyasıyla bağlıdır. Düzdür, o, bu barədə danışmağı sevmirdi və heç danışmırdı da. Amma səhnəyə gəldiyi ilk illərdə adi geyim tərziylə digərlərindən fərqlənməyən Müren sonradan davranışları və libaslarıyla orientasiyasını özü büruzə verirdi. Belə demək mümkünsə, özü orientasiyasının müzakirə edilməsinə səbəb olurdu. Amma biseksual olduğunu da danmırdı.
 

 

1996-cı il, 24 sentyabr, saat 20:59. "TTR İzmir" telekanalının qrim otağı. Zəki Müren özünü pis hiss edir və bütün mətbuat bu mənzərəni canlı izləyir. O, öldüyünü hiss edərək Tanrıya yalvarır: "Burda olmasın, nə olar". Və gözlərini əbədi olaraq yumur...

Sənətçi vəsiyyətində bütün əmlakını Türk Eğitim Vakfi (TEV) və Mehmetçik Vaqfına vəsiyyət etmişdi. 2013-cü ilə qədər ən azı 2251 tələbə TEV-dən təhsil təqaüdü alıb. Ölümündən sonra sənətçinin son illərini yaşadığı ev Türkiyənin Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Zəki Mürenin ev muzeyi kimi fəaliyyət göstərir. 2000-ci il iyunun 8-dən fəaliyyətə başlayan ev muzeyi hər gün yüzlərlə Zəki Müren pərəstişkarının təsəlli yeridir.

Allah rəhmət eləsin!

 Əntiqə Rəşid