20 Avqust 2024 12:30
910
ŞOU-BİZNES

Cabbar Musayev: “Elə doğmalarım var ki, onlarla barışmaram”

Bəstəkar Cabbar Musayev küsülü olduğu məşhurdan danışıb.

Adalet.az xəbər verir ki, o təkcə məşhurlar deyil, küsülü olduğu qohumlarından da danışıb:

“Mənə zəhər deyənə həmişə can deyirəm. Bu hal 3dəfə təkrarlanarsa, axırıncıda onu elə acı söz deyirəm ki, əvvəlki can deməyimi də silir. Olmaz, insanlarla kobud danışmaq olmaz. İnsan danışdığı sözə diqqət etməlidir. Elə doğmalarım var ki, yerlə- göy bir olsa da onlarla barışmaram. O ki qalsın yad adam olsun… Elə insanlar var ki, onların varlığını hiss etmirəm. İnsan xəstə də ola bilər, imkansız da, işsiz də… Amma insan insanlığını itirməməlidir.
Hərəkət bilən, danışığın bilən insan üçün ürəyimi qurban verərəm”.

Qeyd edək ki, C.Musayev uzun müddətdir ki, müğənni Elxan Şirinovla küsülüdür. Sənətçilər arasında heç cür barışıq gözlənilmir.

Əntiqə Kərimzadə