26 Avqust 2024 16:27
188
ŞOU-BİZNES

Rəhman Məmmədli: “Ən çox onların laqeydliyinə yanıram”

Gitara ifaçısı Rəhman Məmmədli övlad-valideyn, gəlin-qaynana münasibətlərindən danışıb.

Adalet.az bildirir ki, valideynlərinə laqeyd yanaşan övladları qınayıb:

“Mən ən çox oğul övladlarının laqeydliyinə yanıram. Qız ailə qurur, başqa ocağa gedir, yükü ağırlaşır. Onu çox da qınmaq olmur. Təbii ki qız da valideyni daim axtarmalıdır. Amma oğul daha çox can yandırmalıdır. Oğul övladları dünyaya gələndə valideyn sevinib, aslan oğlum deyib, əzizləyir. Oğul da o dəyərə layiq olmalıdır. Mən anamın son gününə qədər əyilib dırnaqların kəsmişəm. Etməliyəm, övlad kimi borcumdu. Bütün balalar anaya-ataya can yandırmalıdır. Xüsusilə onlar yaşlananda yanında olub, daim dayaq olmaq gərəkdir”.

Əntiqə