22 Avqust 2024 11:43
258
ŞOU-BİZNES

Afət Fərmanqızı ərindən ayrılır?...

Hər zaman qalmaqalları ilə gündəm olan Afət Fərmanqızı bu dəfə də şəxsi həyatı ilə gündəm olub.

Adalet.az bildirir ki, müğənni boşanmaq üçün məhkəməyə müraciət edəcəyini söyləyib:

“Mən yoldaşımın öladlarına heç vaxt sayğısızlıq etməmişəm. Onun ikinci həyat yoldaşı ilk evliliyindən olan uşağına zülüm edib. O vaxt mən Mamedin yanında olmamışam. İnsanlar niyə buna görə məni günahlandırır. “Rəngarəng” proqramında toy şəklimi göstərəndə mən bildim ki, mənim ailəm dağılacaq. Bunu efirdə də dedim. Elə də oldu. Verilişdən gələndən sonra evdə söz-söhbət bitmədi. Hətta mənə dedi ki, özün qəsdlə bunu etmisən. Əlbəttə, mən ona cavab verdim ki, mən hələ bu cür aşağı səviyyəyə enmmişəm ki, özümü belə reklam edim.  Bezdim artıq bu sözlərdən. Ayrılmaq qərarı verdim”. 

Əntiqə