21 Avqust 2024 12:40
336
ŞOU-BİZNES

Namiq Qaraçuxurlu: “Hər gün meyxanadan pul qazanmışam”

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu  bu dəfə maddi imkanlarından danışıb.

Adalet.az xəbər verir ki, o meyxanadan daha çox qazanc əldə etdiyini qeyd edib:

“Meyxanaçılar belə bir fikir irəli sürür ki, oxumaqda qazanc var, nəinki, meyxanada. Bu mənə çox pis təsir edir. Qətiyyətlə bu fikri təkzib edirəm.  Mən meyxana desəm, bu günki qazancımdan 10 qat artıq qazanaram. Bu reallıqdır.  Mənim həyatımda meyxana belə olub ki, mən hər gün pul qazanmışam”. 

Əntiqə