22 Avqust 2024 08:57
267
ŞOU-BİZNES

Türkiyəli aktyor 240 milyonluq yatırım etdi

Türkiyəli məşhur aktyor Burak Özçivit televiziya dünyasındakı uğurlu karyerasını gəlirli daşınmaz əmlak investisiyaları ilə taclandırır.

Adalet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Özçivit Bodrum Turgutreisdə hər biri 60 milyon TL dəyərində 4 lüks villa tikdirib.

Qeyd edək ki, aktyor başda Dubay olmaqla xaricdəki tədbirlərə qatılmaq üçün 100 min dollar (təxminən 3 milyon TL) tələb edir.