22 Avqust 2024 11:37
247
ŞOU-BİZNES

Elnar Xəlilov: “Qadının xəyanəti kişinin xəyanətindən ağırdır”

Müğənni Elnar Xəlilov günümüzün əsas mövzularından biri olan xəyanətdən danışıb.

Adalet.az bildirir ki, o, qadının xəyanətini kişinin xəyanətindən daha ağır olduğunu qeyd edib:

“”Qadınınn xəyanəti tək bizim ölkədə deyil, bütün dünyada daha ağırdır, daha faciəvidir. Bunun da səbəbi var. Çünki qadının xəyanəti planlı şəkildə olur. Qadın ümumiyyətlə, güclü varlıqdır. Kişilərin bağırıb- çağırmağına baxmayın, qadın psixoloji cəhətdən güclüdür. Qadın əvvəlcə danışır, sonra görüşür, sonra o xəyanətə qərar verir. Gör neçə mərhələdən sonra xəyanət edir. Bu mərhələlərdə dayanmaq şans varkən, dayanmırsa, demək ki, ən dəhşətli hal qadının xəyanətidir.

Ancaq kişilərdə elə deyil. Onlar 3-4 dəqiqənin içində belə bir səhv edib peşamn ola bilirlər. Yəni kişi xislətən zəifdir”.

Əntiqə