Ağ xalatlı mələklər... - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
1446 | 2024-08-27 21:54

Biz istəsək də , istəməsək  tez- tez yolumuz xəstəxanalara düşür; ya özümüz xəstələnirik , ya da doğmalarımız. Və bir də insan həmişə sağlam olmur ki, onun da    xəstələnən vaxtları olur.Heç şübhəsiz belə anlarda  adamın gözü yaxşı həkimlər axtarır.

Həkim var ki, savadlıdir, amma adamla elə açı danışır, yanına getməyinə  peşman olursan. Həkim də var həm savadlıdır, həm də gözəl insandır. Bax belə həkimləri bütün pasiyent lər çox istəyir. Və onu da deyək ki, ağ xalatlı həkimlər mələyə bənzəyirlər. O mələyə bənzəyən həkimlər  Bakıdakı  2 nömrəli Klinik Psixiatrik Xəstəxanasında da  var.

Çünki biz onları özümüz görmüşük və onlara ünsiyyətdə olmuşuq.Görmüşük bu xəstəxanada çalışan adını çəkəcəyimiz həkimlər və tibb  personalı Hippokrat andına sadiq insanlardır. Bizim doğmamız düz altı dəfə bu tibb ocağinda müalicə olunub. Hər bir müalicəni də həkimlər yüksək səviyyədə aparıblar.  Xəstələrin və  valideynlərin ən çox razılıq etdiyi  həkim xəstəxananın birinci kişi şöbəsinin müdiri Leyla xanım Bəşirovadir. Bu həkim insandan çox mələyə bənzəyir və bütün xəstələrə öz balası kimi münasibət bəsləyir.

Burda müalicə olunan xəstələrın  psixoloji durumu çətin olsa da , Leyla  xanım onların hər biri ilə öz dilində söhbət edir.  Gözəl söhbəti və şirin sözləri ilə bu xəstələrin  ürəyini fəth edir.Əlbəttə, hər həkim belə nəcib və gözəl qəlbə  sahib deyil. Leyla xanım məhz belə  ürək sahibidir.Onun üçün bütün xəstələr eynidir və hamısına  eyni gözlə baxır. Lap yadımızdan çıxmısdı.

Onu da deyək ki,  Leyla Bəşirovanı həm də xəstəxananın  əməkdaşları da çox istəyirlər. Deyirlər ki, Leyla xanım kimi sadə və səmimi həkimlər  çox az olur. Xəstəxanan baş  həkimi İlqar Əfəndiyev kollektivdə şəffaf və sağlam mühit yaradıb. Valideynlər belə  duruma görə , baş həkimdən  razılıq edir. Xəstəxanan böyük tibb bacısı  Rəşxəndə Sadıqovadan ,  tibb personalından,  təsərrüfat bacısı  Alidə  Rəcəbovadan, eləcə də nəzarətçilərin  fəaliyyətindən  razılıq edənlər çoxdur.

Hər bir insan həkimə gedəndə böyük ümidlə gedir. Və təbii ki, bu  xəstəxanaya  ümidlə gələnlər, sevinclə  də evlərinə dönürlər. Çünki onları müalicə edən  Leyla Bəşirova  kimi ağ xalatlı mələklərdir!

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV