27 Avqust 2024 20:35
73
SİYASƏT

Ermənistanın sürətli şəkildə silahlanması narahatlıq doğurur - XIN başçısı

Ermənistanın sürətli şəkildə silahlanması narahatlıq doğurur, üçüncü ölkələr onu buna sürükləyir.

Adalet.az xəbər verir ki,  bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

“Biz hesab edirik ki, bu yanlış siyasətdir və bölgə üçün əlavə təhdid mənbəyi hesab olunmalıdır. Bütün bu proseslər tərəfimizdən izlənilir, bununla bağlı Azərbaycan və Türkiyə arasında koordinasiya var və mövqeyimiz birdir. Bu qarşılıqlı dəstək, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləridir. Bu beynəlxalq müstəvidə belə davam edəcək. Hesab edirik ki, ölkələrimizin bu siyasəti bölgəyə sülh, əminamanlıq, sabitlik gətirəcək”, - deyə o vurğulayıb.