27 Avqust 2024 18:00
113
DÜNYA

"Ruslar həmişə qorxudurlar" - Zelenski

"Rusiyanın nüvə silahından istifadə ilə bağlı bəyanatları onların qorxuducu proqramının bir hissəsidir, nüvə silahından istifadənin bütün dünya tərəfindən dəstəklənəcəyi ehtimalı azdır". 

Adalet.az xəbər verir ki, bunu prezident Volodimir Zelenski Ukrayna və xarici KİV üçün keçirdiyi mətbuat konfransında deyib.

"O (Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov – red.) ilk dəfə deyil ki, bu haqda danışır. Rusiya Federasiyasının kəşfiyyatı bizim israrlı addımlarımızı bilir və başa düşür ki, biz bu məsələyə yaxınıq. Düşünürəm ki, onlar başa düşürlər". 

Zelenski rusların “həmişə qorxutduğunu” vurğulayıb.