27 Avqust 2024 12:46
220
DÜNYA

"Bolqarlar erməniləri sevmir":Ermənilərin Bolqarıstanda  qeyri-adi  sərgüzəştləri

Hələ 2008-ci ilin yanvarın 17-də Bolqarıstan parlamentində keçirilmiş yığıncaqda müxalifət partiyalarının müzakirəyə çıxarmağa cəhd etdikləri qondarma “erməni soyqırımı”nı tanımaq barədə layihədən imtina edilmişdi.

Ölkənin konservatorları və ultra millətçiləri “1915-1922-ci illərdə Osmanlı imperiyasında erməni soyqırımı” məsələsinin müzakirəyə çıxarılması ilə əlaqədar parlamentə müraciət etsələrdə Sosialist Partiyasından olan deputat Aleksandr Radoslovov məsələyə münasibət bildirərək demişdir ki, tarixi həqiqətlə gündəlik siyasət tamamilə ayrı-ayrı məsələlərdir. Bunları qarışdırmaq olmaz.
Səsvermə zamanı deputatların əksəriyyəti qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı məsələnin müzakirəyə çıxarılmasından imtina edilmişdir.

Amma bildiyiniz kimi, erməni diaspor təşkilatlarının, lobbilərinin əlləri pulla oynayır və çox uzundur. Yəni, 2015-ci ildə nəhayət ki, erməni lobbisi Bolqarıstanı da saxta "erməni soyqırımı"nı tanımış ölkələrin siyahısına itələyib sala bildi.

2011-ci il əhalinin siyahıya alınmasına görə Bolqarıstanda 6552 nəfər erməni yaşayır. Bu göstərici ilə Bolqarıstanda dördüncü böyük milli azlıqdır. Ermənilərin yazdığı məlumatlarda deyilir ki, “erməni xalqının milli qəhrəmanları bolqar xalqının azad edilməsində fəal iştirak ediblər”. Əlbəttə, bu inandırıcı deyil, çünki erməni yaşadığı ölkəyə hücum olduqda yadellilərin tərəfinə keçməyi özünə borc bilir.

Son illərin məlumatına görə isə, hazırda Bolqarıstanda təxminən 30.000 erməni əsilli insan yaşayır. 44 günlük müharibədən əvvəl isə Bolqarıstan mediasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında dəfələrlə  geniş materiallar dərc edilib, reportajlar yayımlanıb.

Bu media materiallarında Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi faktına xüsusi diqqət çəkilib və ölkəmizin əhalisinin bir hissəsinin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olan ədalətsiz müharibənin ağır nəticələri qeyd edilib.

Baxmayaraq ki, bu il erməni əsilli Raya Nazaryan Bolqarıstan parlamentinin sədri seçilib, amma bolqarların ermənilərə münasibəti heç vaxt birmənalı olmayıb. Məsələn, bu il erməni diasporunun regionda sülh, sabitlik və əməkdaşlığa təhdid yaradan fəaliyyəti Bolqarıstan mediasında geniş işıqlandırılıb.

Beləki, yerli Bolqarıstan mediasında xaricdə yaşayan erməni diasporunun Ermənistan əhalisi arasında radikal millətçilik və revanşizm meyillərinin alovlandırmasında səylər göstərdiyi, ermənilərlə azərbaycanlılar arasında kin və nifrətin daim davam etməsinə çalışdığı, bölgədə sülh və rifah mühitinin yaranmasına mane olduğu ətraflı izah edilib, diasporun nifaq və düşmənçilik siyasətinin ermənilər üçün tarixən fəlakətlərə səbəb olduğu vurğulayıb.

Amma ermənilərin “Hetq” adlı nəşri yazır ki, bolqar erməniləri sevmir”. Çünki, Bolqarıstana turizm səfərinə gedən ermənilər nəşrə gileyləniblər ki, Bolqarıstan sərhədçiləri İrəvandan gələn ermənilərə qarşı kobud və ayrı-seçkilik edirlər:”Sərhədçilər erməni turistləri saatlarla hava limanında gözləməyə məcbur edir, onlarla kobud rəftar edir, ələ salır, bəzilərinin isə ölkəyə girişi ümumiyyətlə qadağan edilir”.
Nəşr yazır:”Bolqarıstanda ayrı-seçkilik rəftarına məruz qalan vətəndaşlardan biri də Aram Mnatsakanyandır və "Hetq" ilə söhbətində təfərrüatları açıqlayıb.
Aram və dostu Bolqarıstanın Ermənistan səfirliyindən Şengen vizası alıb və avqustun 7-də İrəvandan Sofiyaya yola düşüb.
Bolqarıstanda sərhədçilər pasportlarına möhür vurmayıb, Aramı və onun dostunu ayrı əraziyə aparıb, orada axtarış aparıb və üç saata yaxın gözlədikdən sonra ölkəyə daxil olmaqdan imtina etdiklərini bildiriblər. Onlara imtina vərəqi verilib və orada gənclərin Bolqarıstana səfərlərinin məqsədini əsaslandıra bilməyəcəyi bildirilib.

Aramın sözlərinə görə, sənədlərində heç bir problem olmayıb, vizanı İrəvandakı Bolqarıstanın səfirliyində problemsiz alıblar, Bolqarıstanda həm otel, həm də kirayə ev rezervasiyası, tibbi sığorta və geri dönüş bileti olub.
“İcazə verildikdən sonra bizi şəraitin dəhşətli olduğu həbsxanaya bənzər bir yerə apardılar. İşıq yox idi, internet işləmirdi, çox isti idi, hər tərəf həşəratla dolu idi, dəhşətli vəziyyət idi. Bizə yemək vermədilər, xarici aləmlə əlaqə sadəcə pəncərə idi, onun yanında saatlarla polisin keçməsini gözləməli olursan, ondan səni kafeyə qədər müşayiət etməsini xahiş edə bilərdin" .
Aram və dostu 4 gün həmin şəraitdə Sofiyadan İrəvana növbəti reysi gözləyiblər.

Davit Bağdasaryan təcridxananın fotolarını təqdim edib.Gözlərinə döndüyüm bolqarlar Davit Bağdasaryanın da başına eyni işləri gətiriblər. Deməli,nəşr iddia edir ki, David və onun həyat yoldaşı da oxşar vəziyyətlə üzləşiblər:” İyunun 9-da İrəvandan Sofiyaya yola düşüblər, orada bir neçə gün qalmağı planlaşdırıblar, bundan sonra dincəlmək üçün dənizə getmək niyyətində olublar.

Hava limanında sərhədçilər 60-a yaxın adamı ayıraraq onları kobud şəkildə sorğu-sual etməyə, qorxutmağa başlayıblar. Onların arasında başqa ölkə vətəndaşı olmayıb, hamısı Ermənistan vətəndaşı olub:”Bizimlə təyyarədə rəqs qrupu da var idi, onları ələ salmağa başladılar, dedilər: rəqs et, əmin olaq ki, həqiqətən də rəqs qrupusan, ansamblın rəhbərindən soruşdular: sən DJsən?”. Bir çox insanı qorxudublar, Bolqarıstandan başqa heç bir Şengen ölkəsinə getməyəcəklərinə imza atmağa məcbur olublar”.


Bolqarıstan sərhədçiləri qrupdan olan başqa bir sərnişini seçdilər və onlara yalan danışdıqlarını və həqiqətən də dənizə getmədiklərini iddia edərək Bolqarıstana girişi qadağan edəcəklərini bildirdilər.
“Dedilər: əgər dənizə gedirsənsə, niyə Sofiyaya gəlmisən, niyə dərhal İrəvandan dənizə çarter reysi ilə getmirsən? Mən izah etdim ki, WizzAir ilə bilet daha sərfəlidir, üstəlik, çarter bileti almağa ehtiyac yoxdur, paytaxtda da səyahət etmək istəyirik. Nəyisə izah etmək mənasız idi”, – Davit deyir.
Sərhədçilər onları kobudcasına axtarıblar, çantalarının içindəkilər boşaldılıb. Səhər onları təkadamlıq kameraya aparıblar.
Davit təcridxanadan Ermənistanın Bolqarıstandakı səfirliyi ilə əlaqə saxlayıb və baş verənləri danışıb. Ermənistan səfirliyinin əməkdaşı məsələni aydınlaşdırmaq üçün telefonu polisə təhvil verməyi təklif etsə də, ərazidə heç kim olmayıb. Səhər saat 11-də yeni işçi gəlib onları yemək almaq üçün mağazaya müşayiət edib.
Orada bir neçə gün qalmamaq üçün David dostundan İrəvana bilet almağı xahiş edib. Davit yeni bileti polisə göstərib, bundan sonra bir neçə saat sonra onlar pasportlarını qaytarıblar və hava limanına müşayiət olunublar. Cütlük Sofiyadan İstanbula, oradan isə İrəvana uçub.
Bu hadisədən əvvəl David mart ayında Bolqarıstanda olub. O, əmindir ki, Bolqarıstan hakimiyyəti Bolqarıstandan olanların digər Şengen ölkələrinə getməməsi üçün xüsusi olaraq belə münasibət göstərir.
Yeri gəlmişkən xatırladaqki, vaxtı ilə Osmanlı Dövlətinin bölgələrindən biri olmuş Bolqarıstanda tarixən yaşayan Türklər Bolqarıstanda bolqar xalqından sonra sayca ikinci etnik, dil və dini qrupdur. Ölkədəki axırıncı, 2001-ci il siyahıyaalma nəticələrinə görə 746.664 nəfərdirlər ki, əhalinin 9,4 % təşkil edir. Dini etiqadına görə Anadoludakı olduğu kumu islam dininin sünni və ələvi təriqətlərindədirlər.
Kompakt şəklində ölkənin cənub-şərqində — Frakiya bögəsində yaşayırlar. Bəzi bögələrdə əhalinin əksəriyyətini təşkil edirlər, məsələn Kırcılıda onlar əhalinin 62 % — dirlər. Razqrad, Şumen, Silistra şəhərlərində də çoxdurlar.

Bolqarıstan Türkləri, Osmanlı dövründən əvvəl bölgəyə şimaldan gələn Qıpçaq, Peçenek və Proto-Bolqar xalqları ilə yenə Osmanlı dövründən əvvəl Xorasan və Azərbaycandan gələn Oğuz xalqlarının qaynaşması ilə formalaşmağa başlamış, Osmanlı dövründə də Yörük və Türkmen boylarının qatılmasıyla bugünkü halını almışdır. Tərkibində bir çox Türk xalqının olmasına qarşı yenə də Oğuzlar ən basqın ünsürü meydana gətirməkdədirlər.

Kaş ki, bütün ölkələrdə Türkiyə və Azərbaycan diaspora təşkilatları türk dünyasına qarşı hər addımda erməniçilik və düşmənçilik siyasəti aparan ermənilərə qarşı birlik olsunlar, birgə mübarizə aparsınlar!

Əntiqə Rəşid