27 Avqust 2024 15:43
106
DÜNYA

600-ə yaxın rus hərbçi Kurskda əsir götürüldü

Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri 100 yaşayış məntəqəsini əhatə edən 1294 km² əraziyə nəzarət edir.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski açıqlayıb. 

Onun sözlərinə görə, 594 rus hərbçisi əsir götürülüb. 

General etiraf edib ki, Kiyev Kursk vilayətinə hücum etməklə rus ordusunun əhəmiyyətli qüvvələrini Qırmızı Ordu (Pokrovski) istiqamətindən yayındırmaq istəyib.