28 Avqust 2024 01:06
71
İDMAN

"Qalatasaray" Çempionlar Liqası ilə VİDALAŞDI

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Adalet.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.

Türkiyə “Qalatasaray”ı İsveçrə “Yanq Boyz”u ilə bu dəfə İstanbulda qarşılaşıb. Görüşdə "Yanq Boyz" 0:1 hesablı qələbəyə sevinib. Bu komandalar arasında ilk oyunda "Yanq Boyz" 3:2 hesabı ilə qalib gəlmişdi. İsveçrə klubu ümumilikdə 4:2 hesablı qələbə ilə liqa mərhələsinə vəsiqə qazanıb. "Qalatasaray" isə yoluna Avropa Liqasının liqa mərhələsində davam etməli olacaq. 

Həmçinin bu gün "Sparta" və "Zalsburq" da əsas mərhələyə vəsiqə qazanıb. 

UEFA Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

27 avqust

23:00. "Qalatasaray" (Türkiyə) – "Yanq Boyz" (İsveçrə) - 0:1

Qol: Vircinius, 87

Qırmızı vərəqə: Fernando Muslera, 88 ("Qalatasaray")

İlk oyun 2:3

23:00. "Zalsburq" (Avstriya) – "Dinamo" (Kiyev, Ukrayna) - 1:1

Qollar: Daqim, 12 - Vanat, 29

İlk oyun 2:0

23:00. "Sparta" (Praqa, Çexiya) – "Malmo" (İsveç) - 2:0

Qollar: Haraslin, 80-pen; Rrahmani, 83 

İlk oyun 2:0

28 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Dinamo" (Zaqreb, Xorvatiya)

İlk oyun - 0:3

23:00. "Slovan" (Slovakiya) - "Midtüllan" (Danimarka)

İlk oyun - 1:1

23:00. "Srvena Zvezda" (Serbiya) - "Bodyo-Qlimt" (Norveç)

İlk oyun - 1:2

23:00. "Slaviya" (Çexiya) - "Lill" (Fransa)

İlk oyun - 0:2