26 Avqust 2024 12:49
237
İDMAN

Arda Gülər dünənki matçda yenə fərqləndi

Ötən gün baş tutan “Real Madrid”- “Valladolid” matçında Arda Gülər ilk 11-də uğurlu çıxış edib.

Adalet.az xəbər verir ki, matçda komandanın məşqçisi Ançelotti daha əvvəl zədələnən Bellinqhemin yerinə Güləri oyuna daxil edib.

Onun "Real"ın 3-0 qalib gəldiyi matç boyunca meydançada qaldığı 69 dəqiqə ərzində 63 topa sahiblik, 86% ötürmə dəqiqliyi, 1 açar ötürmə, 3 dəqiq zərbə, 7/11 qalibiyyətli ikili mübarizə və 3 top qalibiyyəti etdiyi bildirilib.