26 Avqust 2024 12:37
260
İDMAN

"Qarabağ" - "Dinamo” matçından öncə təşkil ediləcək mətbuat konfranslarının vaxtı müəyyənləşib

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Dinamo” (Zaqreb, Xorvatiya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və açıq məşqlərin vaxtları məlum olub.

Adalet.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov avqustun 27-də, saat 17:30-da Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlər önünə çıxacaq.

Komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) saat 18:00-da başlayacaq.

Qonaq komandanın açıq məşqi saat 19:45-də, baş məşqçi Sergey Yakiroviçin mətbuat konfransı isə 19:15-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Qeyd edək ki, avqustun 28-də keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq.