27 Avqust 2024 10:20
167
DÜNYA

Kennedi MKİ-yə rəhbərlik etmək istəyir...

ABŞ prezidentliyinə keçmiş namizəd Robert Kennedi, jurnalist Taker Karlsonla müsahibəsində bəyan edib ki, Donald Tramp prezident seçilərsə, Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik etməyə razılıq verə bilər. 

 "Bəli, mən MKİ-nin direktoru ola bilərəm, lakin heç vaxt Senatın razılığını ala bilmərəm"- deyə siyasətçi ona verilən suala cavab verib.

 Robert Kennedi həmçinin qeyd edib ki, ABŞ konqressindəki çoxsaylı nüfuzlu komitələr çətin ki,  "cox-cox təhlükəli"  birinin bu idarəyə rəhbərlik etməsinə razılıq verə bilsin. 

 Kennedilər ailəsidə,  Robertin Trampı dəstəkləməsi  az qala xəyənət kimi qarşılanıb. Eks-namizədin bacısı Kerri Kennedi hesab edir ki, vitse-prezident  Kamala Xarris və Minnesot ştatının  qubernatoru Tim Uolts "ailələrinin illərdi mübarizə apardığı" dəyərlərə malik insanlardı. Tramp isə "əsas azadlıqlara təhlükə" yaradan birisidi.

  Rüstəm Hacıyev