27 Avqust 2024 16:37
106
SİYASƏT

Məzahir Pənahov: Harada seçicilərlə görüş imkanı var idisə, orada da yer ayrıldı

Seçkilərə hazırlıq, namizədlərin qeydə alınması normal səviyyədə həyata keçirildi.

Adalet.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurum sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, sənədləri yerində olmayan iddiaçılardan başqa müraciət edən hər kəsin namizədliyi qeydə alındı:

"Təşviqat mərhələsinə gəlincə, çox geniş imkanlar yaradıldı, harada seçicilərlə görüş imkanı var idisə, orada da yer ayrıldı. Ona görə təşviqatla əlaqədar heç bir müraciət daxil olmadı".