Cəbrayıla növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Adalet.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 32 ailə - 153 nəfər köçürülüb.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Digər Xəbərlər

Bu şəxslərin Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün güzəştlər tətbiq edilir

4,5 min qeydiyyatsız radioelektron vasitə aşkar edilib

SN-də İşçi qrupun növbəti iclası keçirilib - FOTOLAR

Ötən il 51 şəxs Azərbaycana ekstradisiya edilib

"Müdafiə qabiliyyətinin gücləndirilməsi prioritet xərclər sırasında birinci olub" - Baş nazir

Korrupsiyaya görə neçə nəfərə cinayət işi açılıb? - RƏSMİ

Ölkədə 4 700 üztanıma kamerası istismar olunur
