Cəbrayılda mina partladı - Xəsarət alan var
İşğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 8 oktyabr tarixində mina partlayışı hadisəsi baş verib.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin məlumatında bildirilib.
Məlumata görə, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Qəhrəmanov Orxan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.
Digər Xəbərlər
08 Oktyabr 2026 00:55
Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından altı il ötür
07 Oktyabr 2026 15:26
Bakı-Qazax yolunda maşın aşıb, 3 nəfər ölüb - YENİLƏNİB
07 Oktyabr 2026 12:44
"Niva" dağlıq yolda 70 metr məsafədə dərəyə yuvarlandı - VİDEO
06 Oktyabr 2026 12:05


Bakı -°C

