adalet.az header logo
  • Bakı -°C
08 Oktyabr 2026 22:40
71
HADİSƏ
A- A+

Cəbrayılda minaya düşən şəxs şəhid atasıdır

Xəbər verdiyimiz kimi, Cəbrayılda mina partlayışı nəticəsində Əşrəf Qəhrəmanov və oğlu yaralanıb.

Adalet.az xəbər verir ki, Əşrəf Qəhrəmanov 2016-cı il aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşdə şəhid olan Ruhin Qəhrəmanovun atasıdır.

Bu barədə bloger Tofiq Şahmuradov paylaşım edib. 

Bildirilib ki, Ə.Qəhrəmanov özü də Birinci Qarabağ müharibəsi qazisidir.