Celal Çiftçi Azərbaycan xalqından üzr istədi
Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan xalqından üzr istəyib.
Adalet.az xəbər verir ki, o bu barədə "X" sosial media hesabında yazıb.
C.Çiftçi paylaşımlarının Azərbaycan xalqında inciklik yaratdığına görə məyusluğunu ifadə edib:
"Etdiyim paylaşımların qardaş Azərbaycan xalqında inciklik və kədər yaratmasına görə peşmanam. İstifadə etdiyim ifadələrin məqsədimi aşmasına görə Azərbaycan dövlətindən və Azərbaycan xalqından açıq və səmimi şəkildə üzr istəyirəm. Səmimi üzrümün qəbul edilməsini hörmətlə xahiş edirəm.
Fikirlərimi çatdırarkən istifadə etdiyim dilin doğura biləcəyi nəticələri daha diqqətlə qiymətləndirməli, özümü daha aydın və ehtiyatlı şəkildə ifadə etməli idim.
Azərbaycanın daxili işlərinə müdaxilə etmək, xalqı dövlətə qarşı təhrik etmək, ölkədə qarışıqlıq yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsini və ya konstitusiya quruluşunun zor gücünə dəyişdirilməsini istəmək kimi bir məqsədim əsla olmayıb və ola da bilməz. Dini nifrət, düşmənçilik və ya ayrı-seçkilik yaratmaq niyyətim də yoxdur. Mənə qarşı irəli sürülən bu istiqamətdəki ittihamları qəbul etmirəm".
Digər Xəbərlər
17 Noyabr 2026 18:28
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
17 Noyabr 2026 16:43
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17 Noyabr 2026 16:41
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
17 Noyabr 2026 15:52
Kommersiya daşımalarını həyata keçirən təyyarələrin ekipajının iş qrafiki belə olacaq
17 Noyabr 2026 15:29
Azərbaycanda yeni sosial islahat mərhələsi başlayır – Nazir
17 Noyabr 2026 15:26
Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur
17 Noyabr 2026 11:21
DTX Dirçəliş Günü münasibətilə paylaşım edib - FOTO
17 Noyabr 2026 08:06


Bakı -°C

