adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Avqust 2020 10:59
71179
MÜSAHİBƏ

Cəlil CAVANŞİR: “Allahsız şeir tonqalın üstünə səpələnən qar dənəcikləri kimidir” - MÜSAHİBƏ

Həmsöhbətimiz, şair, yazıçı Cəlil Cavanşirdir.

Şairlərinyaradıcılığının bir hissəsi Allahla söhbətləşmək, ona etiraz, sevgi və bu kimidüşüncələrdən ibarət olur. Xüsusən, şərq şairini bunsuz təsəvvür etmək az qalaqeyri-mümkündür. İstər Füzulisi, istər Nəsimisi, istər çağdaş dünyamızın şairləri.Cəlil Cavanşir də Allah məsələsindən uzaq deyil. Sizin fikrinizcə şairlərinAllaha bu qədər yüklənməsinin səbəbi nədir?

Şairlər tənhalıqdan, gücsüzlükdən, boşluqdan qaçmaqüçün Allaha sığınır, onunla dərdləşir, küsür, barışır. Çarəsiz durumlarda, ağlın,idrakın və təbiətin gücsüz qaldığı durumlarda şair dəstəyi, çıxış yolunu fövqəltəbiigücdən, Allahdan gözləyir. Şairin Allahla dərdləşməsi, söhbətləşməsi, etirazı vəya sevgisi hər şairə görə fərdi məsələdir. Sıravi insanın inancı, Allahamünasibəti ilə şairin münasibəti qətiyyən eyni deyil. Məhz bu səbəbdən şairləriallahsız, dinsiz, kafir hesab edirlər.

Füzulinin,Nəsiminin Allaha münasibəti ilə, mənim və müasirlərimin Allaha münasibətimtamamilə fərqlidir. Şairlərin Allaha düşüncəsi şair eqosuna, yaradıcı və azadinsan ruhuna xas münasibətdir. Şair var özünü Allahla müqayisə edir, şair varAllah olduğunu düşünür. Şair var Allahdan kömək istəyir, şair var Allaha köməkedə biləcəyinə inanır. Ümumiyyətlə şərq şairinin Allaha münasibəti böyüdüyü,bir qədər də təhsil aldığı, yetişdiyi mühitlə, daxilindəki kodlarla əlaqəlidir.Son illər gəldiyim qənaət budur ki, Allahsız insanın şeir yazmağı, şair olmağımümkün deyil. Allahsız şeir tonqalın üstünə səpələnən qar dənəcikləri kimidir–nə tonqalı söndürə bilir, nə torpağa çata bilir. Haradasa, alovla səmaarasında əriyib itir, yox olur.

Sizdəsədaha irəli getdi, "Dinlər, təriqətlər, peyğəmbərlər” kitabı formatında təqdimatınızoldu.

2013-cü ildə çap ounan "Dinlər, təriqətlər, peyğəmbərlər”Allahamünasibətim deyil, müxtəlif qeyri-adi dinlər, təriqətlər haqda araşdırmalarım vəfərqli dünya görüşlü din adamları, hətta özünü peyğəmbər elan edən şəxslərləmüsahibələrimdən ibarət bir layihənin yekunudur. Müxtəlif vaxtlarda kulis.azsaytında yazdığım araşdırmaları, aldığım müsahibələri toplayıb, kitablaşdırdım."Dinlər, təriqətlər, peyğəmbərlər”kitabında mənim Allaha münasibətimyalnız kitaba yazdığım "Ön söz”də var vəhazırki inanc və düşüncəmi əks etdirmir.


Mən erotik şeirlər yazmıram, "erotik şair” deyiləm


Şeirlərinizdəerotizm çalarları çoxdur. Dünya ədəbiyyatında estetik erotizm sevilir də. Elə məndə sevirəm. Bəlkə səhv edə bilərəm, pessimizminiz bəzən erotik şeirlərinizə dəsirayət edir. Bir növ pessimist erotika.

Erotizm əksər şair və yazıçıların yaradıcılığındaolduğu kimi, mənim yaradıcılığımda yalnız bir çalardır. Xüsusi olaraq erotikşeir yazmamışam və yaradıcılığımdakı erotik hesab edilən şeirləri bir o qədər dəciddi qəbul etmirəm. O şeirlər yazıldıqları dövrün, o ovqatın məhsuludur. Bütövlükdəaçıq-saçıqlıq, epataj mənim yaradıcılığımda bir detaldır. Pessimizm isə, mənimyaradıcılığımın, elə həyatımın da əsas xəttini təşkil edir. Konkret erotikşeirim yoxdur, erotik çalarları olan şeirlərim var. Erotik pessimizm yarlığınıda qəbul edə bilməyəcəm. Yaradıcılığımda məhz erotik hesab edilən şeirlərimpessimizmdən uzaqdır. Şeirlərim daha çox yazıldığı andakı ovqatımın, əhval-ruhiyyəminməhsuludur. Çox nadir hallarda yazdığım şeirləri redaktə edirəm.Konkretləşdirsək,mən erotik şeirlər yazmıram, "erotik şair” deyiləm. Yaradıcılığımda, xüsusiləromanlarımda kifayət qədər açıq-saçıqlıq, epataj olduğunu, hətta ədəbiyyatımızda"underground”u təmsil etdiyimi də qəbul edirəm. Bütün bunlar mənimyaradıcılığımda yalnız bir çalardır. Bəzən isə romantika və sentimentalizmdəitib-batan, çoxlarının tənqid etdiyi, bəzən ələ saldığı "kədərli şairəm”.Bütövlükdə şeirdə də və nəsrdə postmodern estetikanı dəstəkləyirəm. Bütün təzadlıqütblərin, fərqli rənglərin vəhdətindən, birləşməsindən formalaşan biryaradıcılıq yolum var və mən öz yolumda rahatam, gördüyüm işdən zövq alıram.

Tez-tezkitab dərc etdirirsiniz. Sonuncu kitabın neçəncidir? Nə qədər kitab çap etdirməyidüşünürsünüz? Amma Çingiz Abdullayevə çata bilməzsiniz.

İlk kitabım 20 yaşımda, 16 il öncə, 100 tirajlaişıq üzü görüb. Ümumiyyətlə cəmi 11 kitabım işıq üzü görüb. 14 yaşımdan mətbuatdaçap olunuram – təxminən 22 ildir. Yəni, çox kitab çap etdirdiyimi düşünmürəm.Dörd şeir kitabım, üç romanım, bir araşdırma, bir esselər və bir motivasiyakitabım nəşr olunub. Bir kitabın sadəcə tərtibatçı müəllifiyəm.Bir hekayələrkitabım və bir monoqrafiyam da çapa hazırdır. "Dinlər, təriqətlər, peyğəmbərlər”kitabı haqqında məlumat verdim. "Sola dönmək qadağandır” adlı esselər toplusu99 faiz mətbuatda çap olunan yazıların məcmusudur. "Eşq və intihar” adlısonuncu kitabımın da böyük əksəriyyəti məktublarım, mətbuatda çap olunan esselərimdir.Hətta "PS. Darıxıram”şeirlər və esselər kitabımda yer alan esselər də mətbuatdaçap olunan esselərimdir. 2004-cü ildən mətbuatdayam, fasiləsiz yazıram. Yəni dərcetdirmək istəsəm, seçmə yazılarımdan ibarət birneçə kitabın materialı da bilgisayarımda var. Gündəlik mətbuatda dərcolunan və bəyənilən yazıların itib-batmağını istəmədiyim üçün kitablaşdırmışam.Ümumiyyətlə, yazıçının işi kitab yazmaq, çap etdirməkdir. Mən sadəcə ilkkitabımın çapına şəxsi büdcəmdən vəsait ayırmışam, daha doğrusu ilk kitabımıatamın dəstəyi ilə çap etdirmişəm. Digər kitablarım nəşriyyatların, bir kitabımda dostumun hesabına nəşr olunub. Az da olsa kitablarıma oxucu marağıolmasaydı, heç bir nəşriyyat mənim kitabımı öz hesabına nəşr etməzdi. Yəni nəşrolunan kitablarım satılıb. Hətta yeddi kitabımın tirajı ümumiyyətlə bitib. Həttanüsxəsi özümdə belə qalmayan kitabım var. Reallıq hissimi itirib oxucusevgisindən, kitablarıma böyük tələbat olmasından danışmaq istəməzdim. Bəllibir oxucu çevrəm var və oxucularımın yarısını üzdən tanyıram.

Bilirsiniz,niyə dedim? Yazıçı üçün kitab dərci qədər onun satışı da sevindirici, təsirediciolur. Azərbaycanda kitab satışı məlumdur. Azsaylı satışlar yazıçını həvəsdən salabilər. Yazıları sosial şəbəkə, media və.s ilə də çatdırmaq mümkündür. Kitabsanki o enerjinin qarşılığında Azərbaycan cəmiyyətində Sizif əməyidir.

Azərbaycanda kitab bazarının da, kitab satışının davəziyyəti ürəkaçan deyil. Ancaq mən heç vaxt kitab yazanda, onun çapına qərarverəndə böyük pullar qazanmağı nəzərdə tutmamışam. Bəli, kitablarımdan pulqazanmışam, ancaq buna qazanc demək olmaz, xərclədiyim enerjinin qarşılığındaqazandığım heç gözə görünmür. Müxtəlif vaxtlarda jurnalist, tərcüməçi, redaktor, ssenarist və köşə yazarı kimiçalışmışam. Ədəbiyyat məni bu şəkildə dolandırıb, qazanc gətirib. Ümumiyyətlə,çox pul qazanmağın həvəsində və marağında olmadığım üçün, qazancım hər zaman məniqane edib. Hərdən şikayətlənsəm də, halımdan narazı deyiləm. Əziyyət çəksəm də,çətinliklərlə qarşılaşsam da, ədəbiyyat mənim yaşamağım üçün böyük stimuldur.


İndiki Cəlil Cavanşiri iki il əvvəl, özüm "doğdum”


"Bubədheybət uşaq”. Maraqlı yanaşmadır. Adətən bənzətmələrdə uşaqlığı məsumluq,saflıq, gözəllik mücəssiməsi kimi təqdim edirik.Sizsə "bədheybət uşaq”. Aydın məsələdirki, "bu bədheybət uşaq” Cəlil Cavanşirdir. Hələ də "bu uşağı” onun kimi ovudanyoxdur? Bəlkə insanları bu uşaqdan uzaq salan, onun kimi ovundurmağa qoymayanbu uşağın bədheybətliyidi?

Təxminən 8 il əvvəlin şeiridir – "Gedənlərə,unudanlara və pişiyimizə”... Hələ onda elə bilirdim ki, mənim içimdəki həmin "bədheybətuşağı” yalnız o ovuda bilər. Sonra o "bədheybətuşaq” qısa müddətdə böyüdü, qocaldı və elə ovunmadan da ölüb getdi. Bəli, mən oşeirdəki "bədheybət uşaq”dım. Şişman, saçı saqqalına qarışmış, daima içki vətütün qoxusu gələn, üsyankar, nadinc, davakar və eyni zamanda o qədər də məsum,uşaqlığını qoruyub saxlayan, incidiləndə oturub zar-zar ağlayan qəribə bədheybəthesab edirdim özümü. Hər ayrılıqda bir az böyüdüm, bir az arındım və heç vaxtovunmayan "bədheybət uşağı” "öldürdüm”. İndiki Cəlil Cavanşiri iki il əvvəl,özüm "doğdum”. Çox diqqətlə, ehtiyatla, ölçüb-biçərək böyüdürəm... İndi də bəlkəbədheybətəm, amma uşaq deyiləm. Bilirəm ki, çox qəddar yanaşmadır, ancaq uşaq məsumluğu,saflığı ilə böyüyənlər, "uşaq qalan” böyüklər daim uduzmağa, məğlubiyyətə məhkumdur.Daha böyüklər kimi ağlayıram və kiminsə məni ovutmasına ehtiyacım yoxdur. Bucür yaşamaq daha asandır.. Özüm ağlayıb, özüm kiriməyi öyrənmişəm.

RamizRövşənin kosmosda ilişib qaldığını söyləyirdin. Deyirdin ki, onları kosmosdanyerə endirən yoxdur. Necə oldu? Enə bildi? Və yaxud belə deyək, endirməyə gücüçatan oldu?

Son günlər özümə söz vermişəm ki, heç bir yazıçı vəşair, ümumiyyətlə yaradıcı insanlar haqda fikir bildirməyəcəm. Bütün bu söhbətlərəenerji xərcləməyi artıq hesab edirəm. Hər kəsə sağlam həyat və uğurlar arzuedirəm. Məni yalnız öz yaradıcılığım düşündürür.

Yaradıcılıqdahansı yeniliklər var?

Hazırda yaradıcılığımda heç bir yenilik və planyoxdur. 5-6 ayda bir şeir yazıram. Hərdən yarımçıq hekayələrimə və ssenariləriməgöz gəzdirib, redaktə edirəm. Sentyabrın sonuna qədər nə isə yenilik edəcəyimi,yazacağımı düşünmürəm.

Söhbətləşdi: Emin Piri