Çempionlar Liqası: Bu gün 4 oyun var
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Adalet.az xəbər verir ki, son oyun günündə də 4 qarşılaşma keçiriləcək.
Əvvəlcə Belçikada “Brügge” və İtaliyanın “Atalanta” klubları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Digər üç oyun isə saat 00:00-da start götürəcək. Almaniya “Bavariya”sı Şotlandiyada “Seltik”in, İtaliya “Milan”ı Niderlandda “Feyenoord”un, Portuqaliya “Benfika”sı isə Fransada “Monako”nun qonağı olacaq.
Qeyd edək ki, pley-off mərhələsinin cavab matçları fevralın 18-19-da təşkil ediləcək. Bu raundun ilk 4 oyunu ötən gün keçirilib.
Digər Xəbərlər
22 Sentyabr 2026 11:56
“Turan Tovuz” – “Fənərbaxça” matçının biletləri satışda
22 Sentyabr 2026 11:32
"Mançester Yunayted"in hücumçusu sıradan çıxdı
22 Sentyabr 2026 09:19
Formula 1-də qaydalar dəyişir - Məsafə qısaldılacaq
22 Sentyabr 2026 00:06


Bakı -°C

