"Çempionlar Liqası kubokunu Barselonaya gətirəcəyəm" - Lamin Yamal

İspaniyanin "Barselona" klubunun vingeri Lamin Yamal Çempionlar Liqasının yarımfinal mərhələsində İtaliyanın "İnter" komandasına 3:4 hesabı ilə uduzduqları cavab oyununu şərh edib.
Adalet.az xəbər verir ki, 17 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında açıqlama verib.
O, qələbə üçün əllərindən gələni etdiklərini bildirib: "Biz meydanda hər şeyimizi verdik. Təəssüf ki, bu dəfə alınmadı. Amma biz geri dönəcəyik. Bu klubu aid olduğu yerə, yəni, ən zirvəyə qaytarana qədər mübarizə aparacağıq. Verdiyim sözə əməl edəcəyəm və Çempionlar Liqası kubokunu “Barselona”ya gətirəcəyəm. Buna nail olana qədər dayanmayacağıq".
Lamin Yamal bu mövsüm bütün turnirlərdə 51 matçda 15 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, “İnter” iki oyunun nəticəsinə əsasən, “Barselona”nı 7:6 hesabı ilə məğlub edərək finala yüksəlib.
Digər Xəbərlər

Millətlər Liqasında yarımfinal həyəcanı - Almaniya Portuqaliya ilə üz-üzə

"Araz-Naxçıvan" onlarla yeni müqavilə imzaladı

Taleh Məmmədov:""Döyülən Taleh" mən deyiləm, bu jurnalist səriştəsizliyidir"

Modriç "Milan"a keçə bilər

Prezident milli komandanın üzvlərini qəbul etdi - YENİLƏNİB + FOTOLAR

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

Lionel Messi minifutbol üzrə Azərbaycan millisini təbrik edib - VİDEO
