Mötəbər yarışlara möhtəşəm ev sahibliyi edirik - Nazir

Azərbaycan bir daha göstərdi ki, mötəbər yarışlara möhtəşəm şəkildə ev sahibliyi edir.
Adalet.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının mükafatlandırma mərasiminin ardından jurnalistlərə açıqlama verən nazir yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib:
"Daha əvvəldən minifutbolda uğurumuz var idi. Yığma Avropa çempionatında qızıl medal qazanmışdı. Bu uğura dünya çempionluğu da əlavə olundu. Azərbaycan xalqı sevinc içərisindədir. Bu işdə millini tək buraxmayan azarkeşlərə böyük təşəkkür düşür. Azərbaycan bir daha təsdiq etdi ki, bu cür yarışlara möhtəşəm şəkildə ev sahibliyi edir. Qarşıda bizi UFC yarışı və MDB Oyunları gözləyir. Əminəm ki, bu sınaqlardan da üzüağ çıxacağıq".
Qeyd edək ki, Azərbaycan yığması finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək mundialın qalibi olub.
Digər Xəbərlər

"Araz-Naxçıvan" onlarla yeni müqavilə imzaladı

Taleh Məmmədov:""Döyülən Taleh" mən deyiləm, bu jurnalist səriştəsizliyidir"

Modriç "Milan"a keçə bilər

Prezident milli komandanın üzvlərini qəbul etdi - YENİLƏNİB + FOTOLAR

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

Lionel Messi minifutbol üzrə Azərbaycan millisini təbrik edib - VİDEO

Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik edib - FOTO
