adalet.az header logo
  • Bakı 28°C
  • USD 1.7
30 Iyun 2022 12:04
74911
MƏMLƏKƏT

Yurdunu sevən, tanıdan, sevdirən şəhid - Baxış Əsədov - 23

Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində bir kənd var, adı Birinci Yüzbaşılı! Qarabağ düzündədir. Keçmışdə Yüzbaşılı adlanan bu kənddən XIX əsrdə başqa bir yaşayış məntəqəsi (İkinci Yüzbaşılı) ayrıldıqdan sonra kənd Birinci Yüzbaşılı adlandırılıb.

Bu məlumat yəqin ki. çox soydaşımıza tanış deyil. Çoxları indiyə qədər Qarabağda- Ağdamda belə bir kəndin varlığından heç xəbəri də yox idi. Bəli, bu 2020 - ci ilin sentyabrın 28-nə qədər beləydi. İndi bu kəndin balası şəhid Baxış Əsədova görə Birinci Yüzbaşılı kəndi bütün Azərbacana tanışdı, əzizdi.

Vətən sənə oğul dedi, nə dərdin...?

2020-ci ilin noyabrın 10 - da xalqımızın taleyində böyük bir dönüş oldu. Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı. Bu inam isə can bahasına , torpağa qarışan minlərlə igidimizin qanı bahasına qaytarıldı. Boş yerə demirlər ki, torpağı vətən edən şəhid qanıdır. O şəhid qanının hesabına həm işğaldakı torpaqlarımız azad olub, müqəddəsləşib, həm də şəhidimizn doğulub böyüdüyü yurd-yuvası, həm də son mənzili yerləşən el-obası müqəddəsləşib.


Baxış Əsədov zirvəsi

Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əsədov Baxış Sahib oğlu da yurdunu müqəddəsləşdirən, doğma Yüzbaşılı kəndinin adını Azərbaycanın hər bucağında məşhur edən igid oğullardandı.

Adalet.az xəbər verir ki, bu gün şəhidliyi ilə bütöv bir xalqın qəlbində, yaddaşında yaşayacaq şəhid Baxışın doğum günüdür.

23 il əvvə - 1999-cu ilin bu günündə anadan olan Əsədov Baxış Sahib oğlu. Ağdam rayonu Birinci Yüzbaşlı kəndində də orta məktəbi başa vurub. Azərbaycan Ordusunda həqiqi hərbi xidməti Naxçıvam MR da keçib. Əsgərlik yoldaşı – onunla birlikdə bir il 5 ay xidmət göstərən, Ağdamın Orta Qərvənd kəndindən olan Şəhriyar Zeynalovla söhbətimizdə o bildirdi ki, Baxış sakit təbiətli, əxlaqlı eyni zamanda vətənpərvər oğlan idi:” O başqaları kimi hərbi hissədə qalmaq istəmirdi. Həmişə çalışırdı ön xətdə olsun. Culfada öz istəyi ilə ön xətdə - sərhəd mövqelərində qulluq edirdi.Təhlükə onun üçün heç nə ifadə etmirdi” .

Bəlkə də ruhundakı qorxmazlıq və cəsarət onu yenidən ordu sıralarında olmağa vadar etdi. Həqiqi hərbi xidməti başa vurduqdan sonra Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmətə ( MAXE) könüllü daxil oldu.

Dostu Baxışı itirəndən sonra uzun müddət özünə gələ bilməyən həmkəndlisi Samir Vəliyevlə söhbətimiz kədərli notlarla başladı. Samirin ilk sözü o oldu ki, Baxışın dəfnində də, yas mərasimində də iştirak edib:” Amma hələ də inana bilmirəm ki, o yoxdu. Asta-asta. sakit-sakit danışmasını, heç vaxt heç kəsin xətrinə dəyməməsini, mübahisəli söhbətlərdə həmişə sülhün tərəfində durmasını və digər insani hərəkətlərini xatırladıqca gözlərim dolur. O, orduya yazılanda elə düşünürdüm ki, belə sülhsevər, sakit, mehriban biri heç vaxt kiməsə güllə ata bilməz! Amma onun dəfninə gəlmiş silahdaşları söylədi ki, Baxış nə ard-arası kəsilməyən mərmilərdən, nə də snayperə hədəf olmaqdan qətiyyən çəkinmirdi. İstiqamət üzrə irəliləmək qarşıdakı düşmən hədəfi yox etmək kimi vacib bir işi şəxsən özü etməyə can atırdı ki, dostlarına güllə dəyməsin, silahdaşları mərmilərə qurban getməsin! Mənim dostum Baxış belə oğul idi. Özündən başqa hamının qayğısına qalırdı. Atası Sahib əmiyə, anası Esmira xalaya necə təsəlli verəcəyimi də bilmirəm...Baxışgil 1 bacı, 3 qardaş idilər. Özündən böyüklər evlənmişdi. Amma Baxışın taleyinə subaylıq əbədi yazıldı.


Həyatımda ikici dəfədir eyni hissləri yaşayıram. Birinci dəfə 1993-cü ildə - I Qarabağ müharibəsində şəhid olan subay qardaşım Elşən Vəliyevin, bir də indi, dostum subay Baxış Əsədovun itkisini eyni sarsıntı ilə yaşayıram. Onların nə qədər arzuları, planları vardı... gələcəyə necə ümidlə baxırdılar...!? Tək təsəllim isə odur ki, onlar bu dövlətin, bu xalqın yolunda canlarını qurban verib və hər iki şəhidimiz cismani olaraq yaşamasa da xalqımız, dövlətimiz onları yaddaşında, qəlbində əbədi yaşadacaq. Bütün şəhidlərimizin ruhu şad olsun!”

Birinci Yüzbaşılı kəndinin övladı Baxış sentyabrın 28-də Qarabağın azadlığı uğrunda Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq həm el obasının, həm doğma rayonunun fəxri, həm də Azərbaycanın qürur mənbəyinə çevrildi.

Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Baxış Əsədov ölümündən sonra "Vətən uğrunda" , "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Cənnətdəki doğum günün mübarək nur üzlü şəhidimz Baxış Əsədov!

 

Əntiqə Rəşid